Şənbə, 13 Avqust 2011 09:30

Gürcüstanda möminlər ÜGMİ-yə öz iradlarını bildirdilər

Gürcüstanda möminlər ÜGMİ-yə öz iradlarını bildirdilər

Aran Radio- Dünən Gürcüstanın Marneuli şəhərinin İmam Əli məscidində bölgə qubernatoru tərəfindən verilən iftar süfrəsində bir çox dövlət rəsimləri, yeni yaradılmış ÜMGİ-nin yeni başçıları da daxil olmaqla dindarlar iştirak ediblər.

FaktXeber.com-un verdiyi məlumata görə, Tədbirdə çıxış edən "Əhli-beyt" jurnalının redaktoru Rizvan İsmayılov son zamanlar Gürcüstanda müsəlmanlarla bağlı gedən dini proseslərə toxunaraq, bölgə qubernatoruna müraciətlə rus dilində aşağıdakı bəyanatı oxuyub:
"Cənab qubernator! Gürcüstan Müsəlmanları və Ali Dini Şurası son zamanlar Ümum Gürcüstan Müsəlmanları İdarəsinin (ÜGMİ) yaradılması fikrini dəstəkləyir. Lakin onun yaradılması qeyri-ruhani və bu sahədə səriştəsi olmayan, eyni zamanda təsisçilərinin dini təhsili olmadığına görə ÜGMİ-nin Nizamnaməsində ciddi səhvlərə yol verilib. O cümlədən həmin idarəyə Şeyx seçənlərin və seçilmiş şəxsin dini təhsilinin olmaması ictimayyət arasında ruhani şəxs kimi müsbət qarşılanmayıb.
a) Təsisçilərin qeyri ruhani olması;
b) İdarə təsisçilərinin dini səriştəsinin olmaması;
c) Yeni yaradılan ÜGMİ- nin nizamnaməsində çox ciddi səhvlərə yol verilməsi;
d) ÜGM- yə Şeyx seçməkdə buraxılan ciddi səhvlər;
e) Seçilmiş şəxsin nizamnamə şərtlərinə malik olmaması;
Nəzərinizə çatdırırıq ki, Ali Dini Şuranın seçkidən öncə hazırladığı təkliflər və təsisçilərin buraxdığı səhvlər əvvəlcədən yazılı şəkildə onların nəzərinə çatdırıldı. Onlar doğrudan da işlərində bir çox səhvlər buraxdıqlarını təsdiqlədilər. ÜGMİ- nin yaradıcıları Ali Dini Şura üzvlərinə, təqdim edilən düzəlişləri həyata keçirməyə söz verdilər.
Çox təəssüflər olsun ki, ÜGMİ- nin təsisçiləri Ali Dini Şuranın düzəliş və təkliflərini həyata keçirmədilər. Biz bir daha təsdiq edirik ki, ÜGMİ- nin yaradılması Gürcüstanda yaşayan müsəlmanlara qayğı göstərməkdir.
Ümidvar olduğumuzu bildiririk ki, dinlər və xalqlar arasında heç bir ayrı seçkiliyə yol verilmədən Gürcüstanda yaşayan müsəlmanlara da, eyni status veriləcək.
Cənab Qubernator! Biz Sizin simanızda dövlət rəhbərlərinin ədalətli və müdrik qərarını gözləyir və inanırıq ki, göstərilən məslələr müsbət şəkildə öz həllini tapacaq!"
Daha sonra çıxış edən Borçalı ruhanisi Hacı Seyyid Mirhuseyn yeni yaradılmış idarəyə dərin narazılığını bildirərək, onun rəhbərliyinə seçilmiş şəxslərin layiq olmadığını qeyd edib.

Şərh yaz


Məxfi kod
Yenilə