Şənbə, 13 Avqust 2011 09:28

Hacı İlham: İnanclılara qarşı böhtana heç kim inanmayacaq

Hacı İlham: İnanclılara qarşı böhtana heç kim inanmayacaq

Aran Radio-Azərbaycan Respublikasının tanınmış ruhanisi Hacı Abgül Süleymanov, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov və Azərbaycan İslam Partiyasının təşkilati məsələlər üzrə sədr müavini Arif Qəniyev həbs olunub.

Hacı Abgülün üzərindən daha öncədən qoyulmuş narkotik maddə çıxarılıb. Ramin Bayramovun da cibindən daha öncədən qoyulmuş narkotik maddə götürülüb. Daha sonra onun evində axtarış zamanı daha öncədən qoyulmuş tapança və 2 əl qumbarası götürülüb. Həmçinin Arif Qəniyevin daha öncədən cibinə və avtomobilinə qoyulmuş narkotik maddə və tapanca götürülüb.

Bu hadisə ilə bağlı İslamazeri.az internet qəzeti Azərbaycanın tanınmış ruhanilərindən olan Hacı İlham Əliyevdən müsahibə alıb.

Hacı İlham deyib: "Ruhani və inanclılara qarşı 2-ci həbs dalğasını pisləyirik. Azərbaycanın tanınmış ruhanisinin üstündən utanmadan, çəkinmədən, açıq-aşkar nakotik maddə çıxarmaq ağılsızlıqdır. Təbii ki bu böhtana heç kim inanmayacaq.Çox gülünc bir vəziyyətdir. Gülünc olsa belə Azərbaycanın öndə gələn ruhanisinə bu cür böhtan atmağı pisləyirik. Mömin qardaşlarımıza ayıq-sayıq olmağı tövsiyyə edirik. Azərbaycan hakimiyyətini ruhani və inanclılara qarşı təzyiqləri dayandırmağa çağırırıq."

Şərh yaz


Məxfi kod
Yenilə