Şənbə, 13 Avqust 2011 09:27

Ramazan ayında hakimiyyətin möminlərə hədiyyəsi

Ramazan ayında hakimiyyətin möminlərə hədiyyəsi

Aran Radio-"Mübariz Ruhanilər Cəmiyyəti" həbslərlə bağlı bəyənat yayıb. Bəyənatda bildirilir:
Həqiqətən möminlər o kəslərdir ki Allah və onun Rəsuluna iman gətirib sonrada əqidələrin dəyişmiyib öz canlarıynan və mallarıynan Allah yolunda cihad ediblər. Həqiqətən onlar sədaqətli şəxslərdədəndirlər.

Mübariz Ruhanilər Cəmiyyəti Azərbaycan Hakimiyyətinin məmurlarının iki mömin qardaşımız, nüfuzlu Ruhani Haci Abgül Süleymanov və İslamazeri.az internet qəzetinin Baş redaktoru Hacı Ramin Bayramova qarşı elədiyi həyasızcasına və kobud şəkildə qanunsuz olaraq həbs etməyi və möhtərəm ailə üzvlərinə qarşı hörmətsizliyi sərt şəkildə pisləyir. Bunu mübarək Ramazan ayında hakimiyyətin möminlərə hədiyyəsi sayırıq. Prezidentin iki gün ərzində çıxışlarında islami dəyərləri müdafiə etdiyinə baxmayaraq atılan İslam əleyhinə addımları və həbsləri çıxışlarının tam əksini göstərir. Burdan da belə qənaətə gəlmək olar ki, ya ölkə başçısının bu həbslərdən xəbəri yoxdur ya da ki onun islamdan mudafiəsi nifaq əlamətidir.

Şərh yaz


Məxfi kod
Yenilə