Cümə axşamı, 11 Avqust 2011 09:37

Prezident aparat hicab məhbuslarının ailələri ilə kobud davrandı

Prezident aparat hicab məhbuslarının ailələri ilə kobud davrandı

Aran Radio-Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, partiyanın Astara Rayon Komitəsinin sədri Ruhullah Axundzadə və digər həbs olunanların ailə üzvləri Prezident Aparatına gəliblər.

Bu barədə Xəbər.İnfo xəbər portalına Ruhullah Axundzadənin böyük qızı Nuranə Axundzadə məlumat verib. N.Axundzadə bildirdi ki, artıq üçüncü dəfədir biz Prezident Aparatına gəlirik: "Bundan əvvəl iki dəfə günahsız yerə həbs olunanların ailələri ilə birlikdə gəlib sözümüzü ölkə başçısına çatdırmağa səy göstərmişik. Amma əvvəl dedilər ki, bir həftədən sonra gəlin. Sonra 10 gün, daha sonra bir ay vaxt qoydular. Biz prezidentlə görüşüb, sözümüzü ona çatdırmaq istəyirik. Təəssüflər olsun ki, nəinki bizə bu şəraiti yaratmırlar, əksinə ölkə başçısı ilə xalq arasında ciddi uçurum yaradırlar".
Bu dəfə də sakitcə gəldik. Soruşdular ki, nə lazımdır? Dedik, prezidentlə görüş tələb edirik. Bizi içəri aparıb, bir qadın qəbul etdi. Bizimlə çox kobud rəftar edib, prezidentlə heç zaman görüşə bilməyəcəyimizi dedi. Biz də bunun, hüququmuz olduğunu xatırlatdıq. Nəhayət bizimlə hündürdən danışıb, polis çağırdı - deyə bildirən N.Axundzadə əlavə etdi: "Polis oranı tərk etməyimizi tələb edəndə, biz də mütləq görüşəcəyimizi istədik. Sonra bizə qarşı zor işlədərək, məcburi şəkildə polis maşınlarına mindirməyə cəhd göstərdilər. Onu da deyim ki, bizim üstümüzə bir neçə maşın polis gətirmişdilər. Çox kobudluq etdilər, hətta qucağımdakı yeddi aylıq uşağa belə rəhm etmək istəmirdilər".
N.Axundzadə onlara qarşı edilən təzyiqlərə baxmayaraq, heç bir günahı olmadan həbs olunan atası və digər məhbusların azad olunmalarını tələb edəcəklərini bildirdi: "Biz geri çəkilməyəcəyik. Son ana qədər mübarizə aparacağıq. Çünki, bilirik ki, həbs olunanların heç bir günahı yoxdur. Onlar dini əqidələrinə görə zindanlara salınıblar".

Şərh yaz


Məxfi kod
Yenilə