Cümə axşamı, 11 Avqust 2011 09:33

124 min imza sabah prezidentə təqdim ediləcək

124 min imza sabah prezidentə təqdim ediləcək

Aran Radio-Azərbaycan Respublikası məktəblərində hicab qadağasının ləğvini tələb edən 124 min insanın imzası sabah rəsmi olaraq ölkə prezidenti İlham Əliyevə göndəriləcək.

Bunu hicab qadağasını ləğv etmək tələbi ilə "100 minlik müraciət" imzatoplama kampaniyasının təşəbbüskarı, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin(DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu Səhər kanalının müxbiri ilə telefon danışığında bildirib.

Hacı İlqar İbrahimoğlu əlavə edib: Mübarək Ramazan ayında imzatoplama kampaniyası davam edəcək və Ramazan ayında toplanan imzalar da ardınca göndəriləcək.

DEVAMM sədri həmçinin deyib: 124 min imza Allah Talanın göndərdiyi peyğəmbərlərin sayı qədərdir. İnşallah Allah Tala özü inayət eləyər, möminlərin ixlas ilə yanaşı olan bu əməlini qəbul eləyər və inşallah ki, nəticədə olar.

Şərh yaz


Məxfi kod
Yenilə