Şənbə, 15 Yanvar 2022 14:28

İddia: Keçən il 4391 xarici ölkə vətəndaşı Qarabağa səfər edib

İddia: Keçən il 4391 xarici ölkə vətəndaşı Qarabağa səfər edib

Qarabağdakı erməni separatçıları iddia edirlər ki, ötən il dörd mindən çox xarici ölkə vətəndaşı onların nəzarətində olan bölgəyə səfər edib.

qondarma rejimin İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyi bu haqda bildirib ki, 2021-ci il yanvarın 1-dən dekabrın 31-dək 4391 xarici vətəndaş "DQR"-ə səfər edib.

Qeyd olunur ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 45,6% artıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 89,5% azalıb.

Azərbaycan mənbələri isə deyirlər ki, xarici vətəndaşların Qarabağa qanunsuz səfəri ilə bağlı Ermənistan mediasının yaydığı statistika şişirdilib. Bununla belə politoloq İlyas Hüseynov deyib ki, bütün hallarda qanunsuz səfərlərin həyata keçirilməsində məsuliyyət rus sülhməramlılarının üzərinə düşür. Həmin şəxslər mütləq şəkildə Azərbaycanla səyahətlə bağlı viza məsələlərini həll etməlidir.

Politoloq əlavə edib ki, sülhməramlıların məsuliyyət zonasına daxil olan xaricilərin kimlikləri yoxlanılmır və onların haqqında bilgi yox dərəcəsindədir. Ona görə də Azərbaycanın müvafiq orqanları bu məsələ ilə bağlı rus sülhməramlılarının qarşısında konkret şəkildə tələblər qoymalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə