Cümə, 14 Yanvar 2022 19:02

Amerika Yəhudi Komitəsinin başçıları Bakıdadır

Amerika Yəhudi Komitəsinin başçıları Bakıdadır

Azərbaycan yəhudi icmasının liderləri Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris və direktoru Samuel Kligerlə görüşüb.

bu barədə Bakı yəhudi məktəbinin direktoru, Azərbaycanın gürcü yəhudi icmasının sədri ravvin Zamir İsayev “Twitter”də məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan-ABŞ-İsrail münasibətləri müzakirə olunub.

Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin başçıları dünən Bakıda Azərbaycan Respublikası xarici işlər naziri ilə də görüşüblər.

13 yanvar 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası XİN Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Tərəflər, Azərbaycan hökuməti ilə yəhudi icmaları arasında əməkdaşlığın inkişafından razılıq ifadə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət barədə məlumat verib.

Görüşdə tərəflər, Azərbaycan ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Şərh yaz


Məxfi kod
Yenilə