Cümə, 03 Dekabr 2021 12:46

Yaşayış minimumu sadəcə 14 manat artırılıb

Yaşayış minimumu sadəcə 14 manat artırılıb

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilib.

 

Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci ildə yaşayış minimumu 196 manat olub.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Beləliklə 2022-ci ildə yaşayış minimumu cari illə müqayisədə sadəcə 14 manat artırılmış olur. Son günlər Milli Məclisin enerji daşıyıcıları və kammunal xidmətlərin qiymətlərini eləcə də istehlak mallarına tətbiq edilən vergilər və rüsumları artırmasından sonra və bunun müxtəlif isehlak mallarının bahalaşmasına gətirib çıxarması nəticəsində yaşayış minimumunun xeyli artdığı barədə fikirlər səsləndirilir.

Şərh yaz


Məxfi kod
Yenilə