Cümə axşamı, 02 Dekabr 2021 18:57

Azərbaycanda gələn ildən əmək haqqından tutulma artacaq

Azərbaycanda gələn ildən əmək haqqından tutulma artacaq

2022-ci ildən əmək haqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq.

 

ARAN Radiosu Musavat.com-a istinad edərək  bildirir ki, 2021-ci ildə 1 faiz olan icbari tibbi sığorta haqqı növbəti ildən 2 faizə çatdırılacaq.

2022-ci ildən minimum əmək haqqının 300 manata çatdırılacağı gözlənilir. Bu məbləğdə olan maaşlardan icbari tibbi sığortaya görə tutulma 6 manata yüksələcək.

Ümumi tutulacaq məbləğ isə 23,5 manat olacaq. Rəsmi maaşı 300 manat olan şəxslər hər ay 276,5 manat əldə edəcəklər. Tutulmaların 16 manatı "pensiya fondu”na ödənişə, 6 manatı icbari tibbi sığorta haqqına, 1,5 manatı işsizlikdən sığorta haqqına ayrılacaq.

Şərh yaz


Məxfi kod
Yenilə