Cümə axşamı, 25 Noyabr 2021 09:55

Suriyada düşərgədə saxlanılan 12 nəfər Azərbaycana gətirilib

Suriyada düşərgədə saxlanılan 12 nəfər Azərbaycana gətirilib

Noyabrın 4-də Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib.



Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşların “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.



Xatırladaq ki Suriya müharibəsi zamanı bir çox Azərbaycan vətəndaşı, təkfirçi quruplar vasitəsi ilə türkiyə ərazisindən keçərək suryaya getdilər və İŞİD və başqa terror quruplaşmalarına qoşularaq  Suriya xalqına qarşı cinayət törətdilər. Türkiyə dövlətinin vaxti ilə bu prosesin qarşısını almaması və həttə terrorçuların suriyaya getməsinə şərayit yartması bu ölkə daxilindədə xalq və müxalifət tərəfindən etirazla qarşılanmışdır.

Şərh yaz


Məxfi kod
Yenilə