Cümə axşamı, 28 Oktyabr 2021 10:28

A.Erbaşın namazda öndə durması kimsəni qıcıqlandırmadı?!

A.Erbaşın namazda öndə durması kimsəni qıcıqlandırmadı?!

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Türkiyənin Diyanət işləri başqanı Ali Erbaşın rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa ikigünlük səfər edib.

Dünən səfərin ilk günündə Türkiyəli heyət Saatlı və Aşağı Gövhərağa məscidlərini ziyarət edib.Yuxarı Gövhərağa məscidində namaz qılınıb, dualar edilib, “Qurani-Kərim”dən ayələr oxunub.

Həmin namazdan yayılan fotoşəkillərə görə namaza Türkiyənin Dinayət işləri başqanı Ali Erbaş peşnamazlıq edib və Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxül-islam Allahşükür paşazadə Erbaşın arxasında namaz qılıb.

Aliməqamlı rəhbər Həzrət Ayətullahül-üzma Xameneinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətül-islam Əli Əkbər Ocaqnejad da cari il iyul ayının əvvəllərində Allahşükür Paşazadənin dəvəti ilə Şuşaya səfər etmiş və həmin səfər zamanı Yuxarı Gövhərağa məscidində qılınan namazda Ocaqnejadın öndə durduğunu göstərən fotoşəkil Azərbaycanın bəzi mediaları və şəxsləri tərəfindən geniş qalmaqla səbəb olmuşdu.

Axar.az “Ocaqnejat Paşazadədən niyə öndə idi?” başlıqlı yazıda buna etiraz bildirmişdi

Yeni Sabah qəzeti isə “Şeyx Şuşada niyə Ocaqnejadın arxasında gizləndi? Utancverici haldır“ sərlövhəli məqalədə hətta şeyxi təhqir etmişdi.

İlahaiyyatçı kimi təqdim olunan Elşad Miri qəzetlə müsahibədə bunu utancverici hal hesab etmişdi.

Azərbaycan Yüksəliş Partiyasının (AY) başqanı Anar Əsədli isə Bizimyol.info-ya müsahibəsində “Biz İranın təsir dairəsinə çevrilməyəcəyik. İranın ölkəmizdəki nümayəndəsi öndə, təkcə Azərbaycan deyil, bütün Qafqazın şeyxi isə arxasında namaz qılır?!”,- deyə bildirmişdi.

İndi eyni məsciddə Əli Əkbər Ocaqnejad deyil Ali Erbaşın peşnamazlığı ilə qılınan namazda QMİ sədrinin iştirakı niyə eyni həssaslıqla qarşılanmır və gətirilən istinadlar bu mövzuya niyə tətbiq olunmur?

İslam dünyasının vəhdətinə töhfə verə biləcək hərhansı təşəbbüs və tədbir yüksək qiymətləndirilməlidir. Müsəlman din xadimlərinin biri-birinin kənarında, öndə yaxud arxada namaz qılması islam ümmətini gücləndirən amillərdən biridir. Belə bir güc amilini nifrət dolu düşüncələrin qurbanına çevirmək heç şübhəsiz ki, sadəcə islam və müsəlman düşmənlərinə xidmət deməkdir.

Şərh yaz


Məxfi kod
Yenilə