Çərşənbə, 13 Oktyabr 2021 15:32

Regiondakı çoxsaylı problemləri din xadimləri həll edəcəklər

    Regiondakı çoxsaylı problemləri din xadimləri həll edəcəklər

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşündə çıxışı zamanı deyib ki, Azərbaycan və Ermənistanın dini liderlərinin nüfuzu insanların şüuruna faydalı təsir göstərə bilər.

Kirill Azərbaycan Respublikası və Ermənistanı təmsil edən din xadimlərinin bu günkü görüşünü yüksək qiymətləndirib və deyib: “Dini liderlərin dialoqu hər kəs üçün nümunə olacaq.”

Patriarx Kirill “bu görüş regionda çoxsaylı problemlərin həllinə böyük töhfə verəcək.” deməklə dinin sülh və təhlükəsizliyin təmini və xalqların dinc yanaşı yaşamasına verdiyi töhfəni vurğulamış olub.

Bu gün Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill və Bütün ermənilərin katalikosu II Qaregin arasında üçtərəfli görüş keçirilib.

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin sonuncu üçtərəfli görüşü 2017-ci ilin sentyabrın 8-də Moskvada keçirilib

Qeyd edək ki, cənubi Qafqaz regionunda millətçilik ideologiyalarının güclənməsi, dinin kölgədə saxlanılması cəhdləri, belə bir çox millətli məntəqədə tarix boyu qanlı toqquşmalara gətirib çıxarmışdır. Millətçilik və irqçilik düşüncələrindən mənşə alan faciələrin qarşısını almaq üçün bu regionda ənənəvi dinlərin inkişaf etdirilməsi və paralel olaraq onların arasında dialoqun yaradılması bir həll yolu kimi irəli surulur. 

Şərh yaz


Məxfi kod
Yenilə