Çərşənbə, 07 Aprel 2021 11:39

İƏT rəsmisi: Biz Azərbaycanı siyasi müstəvidə hər zaman dəstəkləmişik

İƏT rəsmisi: Biz Azərbaycanı siyasi müstəvidə hər zaman dəstəkləmişik

İƏT olaraq Azərbaycanı siyasi müstəvidə hər zaman dəstəkləmişik. BMT-nin Azərbaycanın lehinə qətnamələr qəbul etməsi üçün bütün siyasi gücümüzü səfərbər etmişik və bundan sonra da edəcəyik.

 bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Uqanda Respublikası üzrə rəsmisi Əhməd Kaueysa Siquando deyib.

Diplomat qeyd edib ki, İƏT-in 57 üzvü olaraq xoşbəxtik ki, nəhayət Azərbaycan öz torpaqlarını erməni təcavüzündən xilas edib.

“Sülh məsələsi daimi olan məsələyə çevrilməli və öz torpaqlarını itirən insanlar tarixi vətənlərinə qayıtmalıdırlar. İƏT olaraq bundan sonra da çalışacağıq ki, Azərbaycana işğaldan azad olunan ərazilərdə bərpa və yenidən qurma işlərində yaxından kömək edək”- deyə Əhməd Kaueysa Siquando sözlərinə əlavə edib.

Şərh yaz


Məxfi kod
Yenilə