Bu səhifəni yazdır
Çərşənbə axşamı, 15 Sentyabr 2020 11:30

İran və Azərbaycan Respublikasının yol nazirləri məsləhətləşmə aparıblar

İran və Azərbaycan Respublikasının yol nazirləri məsləhətləşmə aparıblar

Dünən gecə İran İslam Respublikasının yol və şəhərsalma naziri və Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri arasında virtual görüş keçirilib. Görüş zamanı iki ölkə arasında bəzi birgə nəqliyyat layihələrinin icrası prosesi araşdırılıb.

 Məhəmməd İslami bu görüşdə, İran və Azərbaycan Respublikası liderlərinin dostluq və qardaşlıq əlaqələrini genişləndirilmək üçün ciddi və möhkəm iradələsinə toxunaraq, deyib: " İki ölkə arasındakı münasibətləri genişləndirmək və daha sıx əməkdaşlıq etmək üçün birgə səy göstərməliyik və bu məsələ hər iki ölkənin xeyrinə əlacaq".

İran İslam Respublikasının yol və şəhərsalma naziri iki ölkənin iqtisadi və ticarət inkişafı üçün əməkdaşlıqların, xüsusilə nəqliyyat üzrə əməkdaşlıq və şimal-cənub dəhlizi vasitəsilə yükdaşımaların artırılması ilə iki ölkə arasında ticarət mübadilələrinin inkişafı üçün zəmin yaranacaq".

Ramin Quluzadə də iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi vacibliyini vurğulayıb və İranla  Azərbaycan Respublikasının həyata keçirdiyi birgə layihələrin iki ölkə arasındakı münasibətləri daha da gücləndirəcəyinə əminliyini bildirib.

Şərh yaz


Məxfi kod
Yenilə