Şənbə, 23 May 2020 17:53

Qüds gününü İslam ümmətinin əhyasıdır

Qüds gününü İslam ümmətinin əhyasıdır

DEVAMM sədri İlqar İbrahimoğlu Qüds Gününü İslam Ümmətinin əhyası kimi xarakterizə edib.

SəhərAzəri - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu Salam-Nyus Portalı ilə müsahibədə deyib: "Qüds günü islam ümmətinin əhyasıdır. Bir ümmət ki ramazanın Qədr gecələrini geridə qoyur, bu nurani ayının sonuncu cümə günündə öz müqəddəratını həll edə biləcək, özünün daxili-ruhi həyatı ilə yanaşı həm də ictimai-siyasi oyanışını təmin edən Qüds gününü yaşayır. Qüds günü İslam günüdür.”

Ümumdünya Qüds gününün əhəmiyyətindən danışan İ.İbrahimoğlu bu günün müsəlman ümməti üçün Qədr gecələri qədər taleyüklü olduğunu deyib.

Onun sözlərinə görə, İslamin ruhunda olan bütün həqiqətlər Qüds günündə var. Qüds günü bir coğrafi və tarixi anlamda olan gün deyil, Qüds günü bir simvol və rəmzdir. Qüds günü Qarabağ günüdür. Qüds Kəşmir günüdür. Qüds Yəmən və Qətif günüdür. Qüds günü bütün dünya məzlumlarının və zəiflərinin günüdür.

Qüdslə Qarabağın işğalını bir-birinə bənzədən DEVAMM sədri müsahibənin sonunda Qüds və Qabarağın eyni mətləb olduğunu diqqətə çatdırıb.

Şərh yaz


Məxfi kod
Yenilə