Şənbə, 23 May 2020 16:04

Ermənistanın XİN başçısı Xankəndində nə gəzir? -şərh

Ermənistanın XİN başçısı Xankəndində nə gəzir? -şərh

Ermənistanın xarici işlər naziri Azərbaycanın işğal olunmuş bölgəsinöə səfər edib.

 Erməni məbələrinin məlumatına əsasən, Zöhrab Mnatsakanyan mayın 22-də Xankəndində qondarma rejimin dırnaqarası xarici işlər naziri Masis Mayliyanla görüşüb və qarabağ münaqişəsinin nizamlanması barədə onunla fikir mübadiləsi aparıb. 

Məlumatda qeyd olunur ki, Mnatsakanyan qondarma rejimin təmsilçisinə ATƏT Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi video-konfrans və ATƏT sədrinin şəxsi nümayəndəsi ilə danışıqları barədə məlumat verib, sonra tərəflər Qarabağ münaqişəsi də daxil xarici siyasət sahəsində məsləhətləşmələrin artırılması barədə razılığa gəliblər. 

Xatırladaq ki, Ermənistan rəsmilərinin bu günlərdə Dağlıq Qarabağa tez-tez səfər edirlər. Xarici işlər nazirinin isə səfəri Ermənistan baş naziri Nikol Paşinyanın mayın 21-də Şuşada dırnaqarası andiçmə mərasiminə qatılmasından dərhal sonra həyata keçib. 

Paşinyanın bu hərəkəti Azərbaycan Respublikasını hiddətləndirib və bunu Xarici İşlər Nazirliyi Şuşada andiçmə şousunu şiddətlə qınamışdır. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu haqda deyib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan şou Ermənistan XİN-in “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir.

Onun sözlərinə görə, digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox.

Diplomat qeyd edib ki, işğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Çünki sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə, danışıqlar prosesinə əngəl törətməz.

Müşahidəçilər mövcud vəziyyətdə və ermənilərin öz provokasiyalarını artırmaları ilə sülh danışıqlarının faktiki olaraq dalana düşdüyünü vurğulayırlar. 

Şərh yaz


Məxfi kod
Yenilə