Cümə axşamı, 21 May 2020 16:18

Tural Gəncəliyev Şuşada keçiriləcək qondarma “andiçmə” mərasimi ilə bağlı açıqlama yayıb

Tural Gəncəliyev Şuşada keçiriləcək qondarma “andiçmə” mərasimi ilə bağlı açıqlama yayıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərində keçiriləcək qondarma “andiçmə” mərasimi ilə bağlı açıqlama yayıb.

açıqlamada  “seçki” şousunun nəticələrinin heç bir hüquqi əsası olmadığı və həmin “seçki”-nin hər hansı bir qurum və şəxsə legitimlik qazandırmayacağı vurğulanıb, qondarma mərasimin danışıqlar prosesini pozmağa hədəfləndiyi deyilir. 

Açıqlamada Ermənistanın baş naziri Nikol Paşiniyanın da bu mərasimə qatılmasına işarə olunub onun bu hərəkətinin  münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərbə olduğu və 2019-cu ilin yanvar ayında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə bəyan edilmiş “xalqların sülhə hazırlanması” niyyəti ilə tamamilə ziddiyyət təşkil etdiyi bildirilib. 

Açıqlamada sonra deyilir: "Bu, Ermənistan hakimiyyətinin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını deməyə əsas verir və bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir."

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev  sonda beynəlxal ictimaiyyətə, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edərək Ermənistanın bu təxribatçı hərəkətinə lazımi qiymət verilməsinə və onun pislənilməsinə çağırıb.

 

Şərh yaz


Məxfi kod
Yenilə