Çərşənbə, 13 Fevral 2019 19:43

Bakı Amerikanın planından nigarandır

Bakı Amerikanın planından nigarandır

Azərbaycan Respublikası mediaları Amerikanın "National Endowment for Democracy" adlı milli demokratiya fondunu bu respublikada iğtişaş törətmək və rəngli inqilab planlaşdırmaqda ittiham ediblər.

"Sfera" adlı azəri saytı yazıb: Amerika Milli Demokratiya Fondu Azərbaycan Respublikasında iğtişaş və rəngli inqilab törətmək üzrə ssenarisini Ümumdünya Demokratiya Hərəkatı, Beynəlxalq Demokratik Araşdırma Assambleyası, Demokratiya üzrə Rayqan-Faskal Əməkdaşlıq Fondu və Medialara Yardım üzrə Beynəlxalq Mərkəz vasitəsilə icra etməyə çalışır.

"Sfera" saytı "Bu fond heç bir siyasi partiyaya dəstək vermir" iddiası ilə çıxış edən Amerika Milli Demokratiya Fondunun əsasnaməsinə toxunaraq, bildirib: Bu fond nəinki müxtəlif ölkələrə, hətta Amerika seçkilərinə belə müdaxilə edir və tərəflərə təsir göstərir.

Bu məlumata görə, son onillikdə Türkiyə, Venesuela, Ukrayna və Ermənistanda iğtişaşlar törətmək və əmin-amansızlıqlar yaratmaq üzrə səyləri açıq-aşkar görünən Amerika Milli Demokratiya Fondu Azərbaycan Respublikasında xalq etirazları törətmək üçün korrupsiya qarşısında "mülki müqavimət" çətiri altında icra olunacaq dörd milyon 24 min dollarlıq xərclə yeni bir plan hazırlayıbdır.

"Sfera" saytı öz reportajında Amerika Milli Demokratiya Fondunun prezidenti Karl Gerşmana istinadla yazıb: Bu fondun təsis edilməsinin səbəbi, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi- MKİ-nin fəaliyyəti üçün bir çətir yaratmaq olubdur.

Şərh yaz


Məxfi kod
Yenilə