Çərşənbə, 13 Fevral 2019 10:14

Taleh Bağırzadənin ailəsi: Xəbərsizik

Taleh Bağırzadənin ailəsi: Xəbərsizik

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bidirib ki, əminəm onunla bağlı nəsə xoşagəlməz hal yaşanır. Yoxsa bilə-bilə ki, ondan narahatıq, anasının səhhəti yaxşı deyil, bizi belə xəbərsiz qoymazdı.»

Həyat yoldaşının saxlandığı Qobustan həbsxanasında aclığı davam etdirməsi barədə müxtəlif mənbələrdən xəbər tutduğunu deyən L.İsmayılzadənin sözlərinə görə, T.Bağırovun aksiyaya başlamasından 13 gün keçir. Amma bu müddətdə nə ailə üzvləri onunla danışa bilib, nə də vəkili.

T.Bağırov sonuncu dəfə yanvarın 28-də ailəsi ilə telefonla əlaqə saxlayıb. O vaxtdan sonra həftədə iki dəfə telefon danışığı hüququ olsa da, danışmayıblar. Vəkili Bəhruz Bayramov da fevralın 8-də onunla görüşməkdən ötrü Qobustan həbsxanasına gedib. Vəkilin ailəyə bildirdiyinə görə, həbsxananın əməkdaşları ona T.Bağırovun görüşdən imtina etdiyini söyləyib.

L.İsmayılzadə bildirir ki, başqa dustaqlardan fərqli olaraq, T.Bağırova həbsxanada adi qızdırıcıdan istifadəyə imkan verilmir. O, məcbur qalıb elektrik çaydanının içində özünə yemək bişirməli olur.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov isə T.Bağırovun təzyiq altında olması barədə məlumatları təkzib edir.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Şərh yaz


Məxfi kod
Yenilə