Çərşənbə axşamı, 15 Yanvar 2019 12:19

Azərbaycan Respublikasında hərbi təchizatlar istehsal edəcək şirkət yaradılıb

Azərbaycan Respublikasında hərbi təchizatlar istehsal edəcək şirkət yaradılıb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə bu ölkədə hərbi təchizatlar istehsal edəcək "Azərsilah" şirkəti təsis edilibdir.

"Azərsilah" şirkətinin təsisində əsas məqsəd, silah istehsalı və ixracatının qaydaya salınması, bu ölkənin daxili və xaricində hərbi təchizatların satışı və günün tələblərinə əsasən, hərbi təchizat istehsalı obyektlərinin fəaliyyətlərinin koordinasiyası elan olunubdur.

"Azərsilah" şirkətinin məsuliyyətini Azərbaycan Respublikasının prezidenti tərəfindən təyin edilən sədrə və onun iki müavininə şamil olan üçnəfərlik bir heyət daşıyacaqdır.

Azərbaycan Respublikası prezidentinin dünən verdiyi fərmana əsasən, bu ölkənin nazirlər kabineti qarşıdakı üç ay ərzində hərbi təchizatlar istehsal edəcək "Azərsilah" şirkətinin fəaliyyətinə şərait yaratmağa borcludur.

Bu fərmana görə, Azərbaycan Respublikasının müdafiə sənayesi nazirliyi bu yeni şirkətin rəsmi qeydiyyatına qədər öz fəaliyyətini davam etdirəcəkdir.

Şərh yaz


Məxfi kod
Yenilə