Bazar, 13 Yanvar 2019 22:51

Əliyev öz hökumətinin sabiq nazirlərini korrupsiyada ittiham edib

Əliyev öz hökumətinin sabiq nazirlərini korrupsiyada ittiham edib

Azərbaycan Respublikası prezidenti öz hökumətinin sabiq nazirlərini korrupsiyada ittiham edib.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu ölkə hökumətinin həftəlik iclasında deyib: Vergi nazirliyi və əmək və əhalinin sosial müdafiəsi nazirliyinin, eləcə də "Azərenerji" şirkətinin başçılarının dövründə geniş qanunsuzluqlara yol verilibdir.

Azərbaycan Respublikası prezidenti vurğulayıb: Gömrükdə və vergi işlərində korrupsiya və rüşvətxorluq keçmişinə malik olan bütün müdirlər vəzifələrindən kənarlaşdırıldı və sadiq və layiqli rəsmilər onların yerlərini tutdular.

Sabiq vergi naziri Fazil Məmmədov, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və "Azərenerji" şirkətinin sabiq sədri Etibar Pirverdiyev 2018-ci ilin yazında öz vəzifələrindən uzaqlaşdırıldılar.

Şərh yaz


Məxfi kod
Yenilə