Bazar, 13 Yanvar 2019 15:36

Kontr-admiral Xanzadi: Ordunun dəniz qüvvələrinin sayıqlığı İranın hakimiyyət sularına hücum icazəsi verməyəcək

Kontr-admiral Xanzadi: Ordunun dəniz qüvvələrinin sayıqlığı İranın hakimiyyət sularına hücum icazəsi verməyəcək

İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin komandanı deyib: Ordunun dəniz qüvvələrinin sayıqlığı İranın hakimiyyət sularına heç bir hücum fikri və təcavüzü icazəsini verməyəcəkdir.

Kontr-admiral Hoseyn Xanzadi bir müsahibədə deyib: Müxtəlif suüstü və sualtı miqyaslarda, sahillər və səmada qüdrətli iştiraka malik olan bu qüvvələr gecə-gündüz regiona nəzarət etməkdədirlər.

İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin komandanı bildirib ki, bu qüvvələrin təchizatları ardıcıl olaraq, genişlənməkdədir. O, əlavə edib: İran İslam Respublikasının silahlı qüvvələrinin silah qüdrəti texnologiya baxımından modernləşdirilir.

Kontr-admiral Xanzadi bildirib ki, İran İslam Respublikasının hakimiyyəti altında olan dəniz məntəqələrinin təhlükəsizliyi tam şəkildə bərqərardır. O, vurğulayıb: İran İslam Respublikası Ordusunun dəniz qüvvələri Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizinin təhlükəsizliyini təkcə İran İslam Respublikası üçün bərqərar etmir, həm də dəniz hüquqlarına və beynəlxalq yol qanunlarına əsasən bu bölgədən istifadə edən bütün ölkələrin asayişini təşkil edir.

Şərh yaz


Məxfi kod
Yenilə