Bazar, 13 Yanvar 2019 12:49

Azərbaycan Respublikası prezidenti qonşular ilə əlaqələrin inkişafını vurğulayıb

Azərbaycan Respublikası prezidenti qonşular ilə əlaqələrin inkişafını vurğulayıb

Azərbaycan Respublikasının qonşuları ilə müsbət münasibətlərinə toxunan bu ölkənin prezidenti 2019-cu ildə də qonşular ilə münasibətlərin inkişafında yeni müsbət addımların atılacağını bildiribdir.

Azərbaycan Respublikası hökumətinin iclasında çıxış edən İlham Əliyev bu ölkənin 2018-ci ildəki siyasi və iqtisadi fəaliyyətlərini şərh edib.

O, çıxışının bir hissəsində bu ölkənin xarici siyasət sahəsindəki fəaliyyətlərinə toxunub. Bildirib ki, 2018-ci il Azərbaycan Respublikası üçün uğurlu il olubdur. O, deyib: Biz qonşu ölkələrlə əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmağı bacardıq.

Əliyev Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın xəzəryanı ölkələrin dövlət başçıları tərəfindən imzalanmasının ötən ildə bu ölkənin xarici siyasətinin mühüm nailiyyətlərindən olduğunu qeyd edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə