Cümə, 14 Dekabr 2018 15:49

Əliyev və Lavrov ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

Əliyev və Lavrov ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

Azərbaycan Respublikasının prezidenti və Rusiyanın xarici işlər naziri ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafını vurğulayıblar.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib ki, 2018-ci ildə iki ölkənin əlaqələri xüsusən şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində olduqca səmərəli olubdur.

Azərbaycan Respublikasının prezidenti həmçinin bildirib ki, Lavrovun Bakı səfərində Ermənistanla Qarabağ münaqişəsinin həll yolları araşdırılacaq. O, ümid etdiyini bildirib ki, 2019-cu ildə bu münaqişənin həllində irəliyə doğru addım atılacaq.

Rusiyanın xarici  işlər naziri Sergey Lavrov da ikitərəfli əlaqələrin müxtəlif sahələrdəki səviyyəsindən razılıq edərək, deyib: Azərbaycan Respublikası ilə beynəlxalq sahələrdə, o sıradan BMT, Avropa Şurası və ATƏT-dəki birgə fəaliyyət Rusiya üçün xüsusi önəmə malikdir.

Lavrov deyib: Moskva Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan Respublikası ilə Ermənistan arasındakı danışıqların davamına maraqlıdır.

Şərh yaz


Məxfi kod
Yenilə