Çərşənbə axşamı, 11 Dekabr 2018 13:24

İran və Azərbaycanın sərhəd komandanları Bakıda görüşüblər

İran və Azərbaycanın sərhəd komandanları Bakıda görüşüblər

İran və Azərbaycan Respublikasının sərhəd komandanları iki ölkə sərhədlərində təhlükəsizliyin artırılması və əməkdaşlıqların genişləndirilməsi haqda fikir mübadiləsi aparıblar.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının sərhəd qoşunları komandanı general Qasım Rzayi çərşənbə axşamı Bakıda Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ilə görüşüb. 

General Qasım Rzayi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə iki ölkənin sərhəd komandanlarının birgə iclasında iştirak etmək üçün Bakıya səfər edib. 

İran İslam Respublikasının sərhəd qoşunları komandanı Azərbaycana olan səfərində prezident İlham Əliyev, daxili işlər naziri Ramil Usubov və müdafiə naziri Zakir Həsənov ilə də görüşüb, danışıqlar aparacaq. 

İki ölkə arasında sərhəd əməkdaşlıqlarının möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin artırılması bu səfərin əsas məqsədini təşkil edir. 

Şərh yaz


Məxfi kod
Yenilə