Çərşənbə axşamı, 11 Dekabr 2018 10:18

İranın sərhəd qoşunları komandanı Azərbaycana səfər edib

İranın sərhəd qoşunları komandanı Azərbaycana səfər edib

İran İslam Respublikasının sərhəd qoşunları komandanı bazar ertəsi günü Azərbaycan Respublikasının paytaxtı Bakıya səfər edib.

İRİB-nin verdiyi məlumata görə, İranın sərhəd qoşunları komandanı general Qasım Rzayi bazar ertəsi günü Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə iki ölkənin sərhəd qoşunları komandanlarının 11-ci iclasında iştirak etmək üçün Bakıya səfər edib. 

İranın sərhəd qoşunları komandanı Bakıya olan səfərində iki ölkənin sərhəd qoşunları komandanlarının birgə iclasında iştirak etməklə yanaşı, Azərbaycanın bəzi yüksək səviyyəli rəsmiləri ilə də görüşüb, danışıqlar aparacaq. 

İki ölkə arasında sərhəd əlaqələrinin möhhkəmləndirilməsi və sərhədlərin təhlükəsizliyinin artırılması İran sərhəd qoşunları komandanının Azərbaycana olan səfərinin əsas məqsədidir.

Şərh yaz


Məxfi kod
Yenilə