Çərşənbə, 05 Dekabr 2018 20:54

"Exxon Mobil" Azərbaycan Respublikasından çıxır

"Exxon Mobil" Azərbaycan Respublikasından çıxır

"Exxon Mobil" şirkəti Azərbaycan Respublikasındakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının genişləndirilməsi layihəsindəki iştirakina son qoyaraq, bu ölkədən çıxacaq.

Dünyanın ikinci iri neft şirkəti olan "Exxon Mobil" şirkəti özünün bu neft yataqlarındakı 6,8 faizlik payını iki milyard dollara satmaq və Azərbaycan Respublikasını tərk etmək fikrindədir.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti- SOCAR, BP, Şevron, "Exxon Mobil", "Stat Oil", "İtuçi", "İnpex" və "Türk Petrol" şirkətləri "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının genişləndirilməsi layihəsinin səhmdarlarıdırlar.

"Azəri", "Çıraq" və "Günəşli" neft yataqları Xəzər dənizi hövzəsində yerləşən neft yataqlarından olaraq, Azərbaycan Respublikası sahilindən 120 kilometr aralıda yerləşir.

Şərh yaz


Məxfi kod
Yenilə