Çərşənbə, 05 Dekabr 2018 19:32

Bakıda Beynəlxalq Xəzər Texnologiyası Konfransı

Bakıda Beynəlxalq Xəzər Texnologiyası Konfransı

Bu gün bəzi region ölkələrinin rabitə nazirlərinin iştirakı ilə Bakıda "Davamlı inkişaf üçün rəqəmsal rabitə" mövzusunda Beynəlxalq Xəzər Texnologiyası Konfransı keçirilib.

İran İslam Respublikası, Azərbaycan Respublikası, Türkiyə, Əfqanıstan, Belarus, Rusiya və Litvanın rabitə nazirləri, eləcə də region səviyyəsində rabitə və modern texnologiyalar sahəsi üzrə bir qrup fəalın iştirakı ilə keçirilən bu beynəlxalq konfransda İranın rabitə və informasiya texnologiyası naziri Mohəmməd Cavad Azəri Cəhromi öz çıxışında İranın rəqəmsal dəyişiklikdəki təcrübələri və uğurlu yolundan, eləcə də iranlı gənclərin ICT sahəsindəki böyük hərəkətindən danışıb. O, bu sahədə Amerikanın zalımcasına sanksiyaları ilə mübarizə yollarını qeyd edib.

O, IRIB müxbiri ilə müsahibədə deyib: Mən çıxışımın bir hissəsində bu məsələyə toxundum ki, biz bu gün dünyada sanksiyaya qurşanmış bir hökumətlə üz-üzəyik və bu vərdiş gətirən rəftar bütün dünya üçün təhlükə yaradır və biz bu təhdidi idarə etmək üçün yaxşı bir həll yoluna malikik ki, o da öz ətrafımızda güclü məntəqələr yaratmaqdır.

Şərh yaz


Məxfi kod
Yenilə