Çərşənbə, 10 Oktyabr 2018 23:00

Almaniya: Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir

Almaniya: Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir

Almaniya hökuməti Dağlıq Qarabağ məntəqəsinin Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu bildirib.

Bleacher Roport informasiya portalının verdiyi məlumata görə, Almaniya hökuməti çərşənbə günü Qarabağ münaqişəsi ilə bağlı mövqeyini elan edib və bildirib: Dağlıq Qarabağ məntəqəsi Azərbaycan Respublikasının tərkib hissəsidir.

Bu məlumata görə, Almaniya hökuməti bu ölkə parlamentindəki ifrat sağçı AFD fraksiyasının sorğusuna cavab olaraq bildirib: Berlin erməni qüvvələrin nəzarəti altında olan Dağlıq Qarabağı və 7 ətraf rayonu Azərbaycan torpağının bir hissəsi hesab edir.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə Ermənistanın Azərbaycana hərbi hücumu ilə nəticələnib. 2 il davam edən müharibə dönəmində Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və daha 7 rayonu işğal edib. 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs bərqərar edilib. 1997-ci ildə isə münaqişənin həll edilməsi üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk qrupu yaradılıb. Amma, bu günə kimi münaqişənin həlli istiqamətində hansısa təsirli addım atılmayıb.

Şərh yaz


Məxfi kod
Yenilə