Cümə axşamı, 12 iyul 2018 09:24

AŞPA Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasından təəssüflənib

AŞPA Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasından təəssüflənib

Avropa Şurası Parlament Assambleyası çərşənbə günü Berlində bu parlamentin 27-ci illik iclasının sonunda bir bəyanat verərək Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olmamasından təəssüflənib.

İRNA-nın məlumatına görə, AŞPA bu bəyanatda Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azltmağa və bu uzunmüddətli münaqişənin həlli yolunun tapılması üçün əsaslı müzakirələr həyata keçirməyə çağırıb. 

Bu bəyanatda həmçinin münaqişə bölgələrində insan haqlarının pozulması hallarının qarşısının alınması üçün ətraflı araşdırmanın aparılmasının vacibliyi qeyd olunub. 

Dağlıq Qarabağın mülkiyyəti üzərində Azərbaycan Respublikası və Ermənistan arasında münaqişə 1988-ci ildə başlayıb və 1992-ci ildə hərbi qarşıdurmaya çevrilib. 

1994-cü il may ayından münaqişə tərəfləri arasında atəşkəs rejimi tətbiq olunub. Lakin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun vasitəçiliyi bu münaqişənin həllinə indiyə qədər kömək etməyib. 

Şərh yaz


Məxfi kod
Yenilə