Bazar ertəsi, 25 June 2018 22:52

Azərbaycan R. sərhədindəki son toqquşmanın əsl detalları

Azərbaycan R. sərhədindəki son toqquşmanın əsl detalları

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd xitdmətinin komandanı İran-Azərbaycan Respublikası sərhədi yaxınlığındakı son toqquşmaya toxunaraq, vurğulayıb ki, bu toqquşma Azərbaycan Respublikasının daxilində və bu ölkə ərazisinin iki kilometr içərisində baş veribdir.

General Qasem Rezayi Təsnim xəbər agentliyi ilə müsahibədə Azərbaycan Respublikası sərhədi yaxınlığındakı son toqquşmaya toxunaraq, deyib: İran və Azərbaycan Respublikası sərhədçiləri tərəfindən aparılmış birgə araşdırmada məlum olubdur ki, bu toqquşma müştərək sərhəd nöqtəsində baş verməyibdir.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd xitdmətinin komandanı vurğulayıb: Bir neçə gün bundan öncə baş vermiş bu toqquşma Azərbaycan Respublikası ərazisinin daxilində cərəyan edibdir.

O, deyib: Son silahlı toqquşma məkanında aparılmış araşdırmalarda məlum olubdur ki, toqquşma nöqtəsi Azərbaycan Respublikası ərazisinin iki kilometr içərisində olubdur.

Bundan öncə Azərbaycan Respublikası mediaları xəbər vermişdilər ki, bu respublikanın sərhədçilərindən biri bu ölkə ərazisinə qanunsuz surətdə girmək niyyətində olan qrupla silahlı toqquşmada yaralanıb və o, bildirmişdi ki, həmin şəxslər İran sərhədindən Azərbaycan Respublikası ərazisinə girmək niyyətində olublar; əlbəttə, bu məlumatda bu ölkəyə qanunsuz surətdə girmək niyyətində olan şəxslərin kimliklərinə işarə olunmamışdı.

Şərh yaz


Məxfi kod
Yenilə