Bazar ertəsi, 25 June 2018 15:11

Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün AŞPA-nın yay sessiyası başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

APA xəbər agentliyinin verdiyi məlumata əsasən, 25-29 iyun tarixlərində davam edəcək sessiya çərçivəsində hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycan Respublikasında siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin iclasında Azərbaycan Respublikası üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq. 

Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin ediləcək.

Bundan başqa, sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-nın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat da sessiyada iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdədir. 

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildirlər.

Şərh yaz


Məxfi kod
Yenilə