Çərşənbə, 20 June 2018 21:10

Bakıda R.Novruzzadənin məhkəməsi keçirilib

Bakıda R.Novruzzadənin məhkəməsi keçirilib

Qum universitetində ilahiyyat və hüquq tələbəsi olan azərbaycanlı Ruhullah Novruzzadənin məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilib.

İislamazeri.az portalının verdiyi  məlumata görə, üç ilə yaxındır Azərbaycana girişinə qadağa qoyulan ilahiyyatçı və Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Ruhullah Novruzzadənin məhkəməsi keçirilib. Məhkəmə prosesi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, hakim Tahirə Əsədovanın sədrliyilə Ruhullah Novruzzadənin ailəsinin Azərbaycan Dövlət Sərhəd Xidmətinə qarşı məhdudiyyətin ləğv edilməsi tələbi əsasında şikayəti əsasında keçirilib.

Bu haqda İslamazeri.com-a Ruhullah Novruzzadənin ailəsi məlumat verib.

Məlumata görə, məhkəmə işin Suraxanıya göndərilməsi haqda qərar qəbul edib.

Qeyd edək ki, Ruhullah Novruzzadə hazırda həbs həyatı yaşayan ilahiyyatçı Abgül Süleymanovun qaynıdır.

Şərh yaz


Məxfi kod
Yenilə