Çərşənbə axşamı, 19 June 2018 17:25

Bakıda Qüds günü aksiyasında həbs olunanlardan daha iki nəfəri azad edilib

Bakıda Qüds günü aksiyasında həbs olunanlardan daha iki nəfəri azad edilib

Bakıda Ümumdünya Qüds günü aksiyasında həbs olunanlardan daha iki nəfəri on gün həbsdən sonra dünən azad edilib.

Bakıda Ümumdünya Qüds günü aksiyasında həbs olunan 26 nəfərdən ikisi məhbəsdə qalmaqla yerdə qalan məhbuslar azad edilmişdi. Həmin iki nəfər də dünən azadlığa buraxılıb. Ətrafındakıların dediklərinə görə, onlar dini fəallar Bəxtiyar Bağırov və Rəşad İsmayılovdur.

Bir qrup dindar tərəfindən qarşılanan bu iki nəfər Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhadətinin ildönümü günü münasibətilə şəhidin məzarı üstünə gedərək, onun ruhunun şad olması üçün fatihə oxuyubdur.

Şərh yaz


Məxfi kod
Yenilə