Bazar, 11 Fevral 2018 19:58

Azərbaycanda bəzi siyasi partiyalar vaxtından əvvəl seçkiləri boykot ediblər

Azərbaycanda bəzi siyasi partiyalar vaxtından əvvəl seçkiləri boykot ediblər

Yeni Musavat partiyası daxil olmaqla bəzi siyasi partiyalar Azərbaycanda keçiriləcək vaxtından əvvəl prezident seçkilərini boykot ediblər.

Almaniyanın Doyçe Vele informasiya portalının verdiyi məlumata görə, Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını da açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev 5 fevral 2018-ci il tarixində bir sərəncam imzalayaraq, prezident seçkilərinin zamanını 17 oktyabrdan 11 aprelə dəyişib.

Azərbaycan prezidentinin müşaviri Əli Həsənov bu qərarın səbəbini prezident seçkilərinin bir sıra mühüm daxili və beynəlxalq hadisələrlə eyni zamana təsadüf etməsi adlandırıb. Amma, müxalifət bununla razılaşmır.

Şərh yaz


Məxfi kod
Yenilə