Şənbə, 10 Fevral 2018 19:49

Azərbaycanda İlahiyyat İnstitutu yaradılıb

Azərbaycanda İlahiyyat İnstitutu yaradılıb

Azərbaycan Respublikası prezidenti İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

İRNA-nın AzərTac-a istinadla verdiyi məlumata görə, İlham Əliyevin sərəncamına əsasən, İlahiyyat İnstitutunun yaradılmasında məqsəd ölkədə dini və mənəvi atmosferin qorunması və inkişaf etdirilməsidir. 

Azərbaycan prezidentinin sərəncamında vurğulanıb ki, İlahiyyat İnstitutu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olacaq. 

Azərbaycan Respublikasının 10 milyona yaxın əhalisinin 98%-dən çoxu müsəlmandır və onların 75%-ə yaxınını şiələr təşkil edir. 

Şərh yaz


Məxfi kod
Yenilə