Cümə axşamı, 08 Fevral 2018 15:33

Azərbaycan İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AZƏRTAC-ın verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. 

Azərbaycan Xarici İşlər Nazirliyi də bir bəyanat yayaraq, Minsk qrupu həmsədlərinin Bakıya olan səfəri barədə bildirib: Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinin ardınca Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin sürətləndirilməsi haqda razılıq əldə olunub. 

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də jurnalistlər qarşısında deyib: Azərbaycan Respublikası təcavüzə və işğalçılığa məruz qalmış bir ölkə olaraq, Dağlıq Qarabağ münaqişəsinin müzakirələr yolu ilə həllini dəstəkləyir və münaqişə ilə bağlı mövcud vəziyyətin dəyişməsini istəyir. 

Minsk qrupunun həmsdərləri çərşənbə günü Bakını İrəvan istiqamətində tərk ediblər. Onlar İrəvanda Ermənistan rəsmiləri ilə görüşüb, danışıqlar aparmalıdırlar. 

Ermənistanda prezident seçkiləri 2 mart 2018-ci il, Azərbaycanda isə 19 aprel 2018-ci ildə keçirilməlidir. 

Rusiya, Amerika və Fransa Minsk qrupunun həmsədr ölkələridir. Minsk qrupu 1997-ci ildən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi missiyasına malikdir. Minsk qrupunun münaqişənin həlli istiqamətindəki səyləri indiyə kimi heç bir nəticə verməyib. 

Şərh yaz


Məxfi kod
Yenilə