Cümə axşamı, 08 Fevral 2018 11:51

İslam İnqilabının qələbəsinin ildönümü Bakıda Vəliyyi-Əsr təhsil kompleksində qeyd olunub

İslam İnqilabının qələbəsinin ildönümü Bakıda Vəliyyi-Əsr təhsil kompleksində qeyd olunub

Bakıda yaşayan iranlıların Vəliyyi-Əsr təhsil kompleksində təhsil alan məktəblilər İran İslam İnqilabının qələbə çalmasının ildönümü ərəfəsində bir tədbir keçirərək, İslam İnqilabının məqsədlərinin gerçəkləşməsinə və şəhidlərin yolunun davam etdirilməsinə təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə məktəbliləri İranın gələcəyi adlandırıb və İslam İnqilabı sayəsində İranda şəhid Höcəcilər kimi gənclərin yetişməsinə işarə edərək, məktəblilərdən zəmanəni və mövcud şəraiti düzgün dərk etmələrini, yeniyetməlik və gənclik dövrünə məxsus fürsətləri dəyərləndirmələrini, İranın inkişafı və yüksəlişi yolunda addımlamalarını və İslam İnqilabını başıuca etmələrini istəyərək, bu yolda var gücləri ilə çalışmalarını istəyib. 

Bu mərasimdə məktəblilər İran İslam Respublikası Bayrağı mövzusunda rəsm müsabiqəsi, şer müsabiqəsi və bir sıra digər mədəni-incəsənət proqramları icra edərək, İslam İnqilabının yolunun davam etdirilməsini vurğulayıb, İnqilabın məqsədlərinin qorunması yolunda səylərin göstərilməsini istəyiblər. 

Mərasimin davamında məktəbliləri elm və tədqiqat sahəsində daha artıq səy göstərməyə həvəsləndirmək üçün Cabir ibn Həyyan sərgisi təşkil edilib. Bu sərgidə astranomiya, ekologiya, heyvanlar aləmi, fizika və geologiya sahələrini əhatə edən 40-dan çox elmi-tədqiqat əsəri nümayiş edirilib. 

Mərasimin sonunda əlaçı şagirdlər mükafatlandırılıb. 

Şərh yaz


Məxfi kod
Yenilə