Şənbə, 20 Yanvar 2018 18:52

İran və Azərbaycanın birgə avtomobilqayırma zavodu tezliklə istifadəyə veriləcək

İran və Azərbaycanın birgə avtomobilqayırma zavodu tezliklə istifadəyə veriləcək

"Azərmaş" şirkətinin rəyasət heyətinin sədri deyib: Neftçala Sənaye Məntəqəsinin ən iri müəssisəsi yəni "Azərmaş" və "İran Xodro" şirkətlərinin birgə avtomobilqayırma zavodu olan "Azər Kron" şirkəti mart ayından istifadəyə veriləcək.

Azərtac-ın verdiyi məlumata görə, Emin Axundov deyib: Artıq zavodda lazımi təchizatların quraşdırılması əməliyyatı başa çatmaq üzrədir.

E.Axundov əlavə edib: İran və Azərbaycan arasında birgə müəssisə olan bu zavod il ərzində 10 min ədəd avtomobil istehsal etmək qabiliyyətinə malikdir və ilkin mərhələdə, yəni, 2019-cu ilin sonuna kimi 6 min avtomobilin istehsal edilməsi planlaşdırılır. Bu zavodda istehsal ediləcək avtomobillər Azərbaycanın daxilində və ölkə xaricində satışa çıxarılacaq.

Müasir texnologiya əsasında quraşdırılan bu zavod "Runa", "Səmənd", "Sorena", "Dena", "Pejo 206", "Pejo 207", "Reno Tondar" və "Reno Pikap" avtomobillərini istehsal edəcə

Şərh yaz


Məxfi kod
Yenilə