Cümə axşamı, 14 Dekabr 2017 12:20

Azərbaycanın neft və qaz ixracatı sektorunda gəlirləri artıb

Azərbaycanın neft və qaz ixracatı sektorunda gəlirləri artıb

Azərbaycan Respublikası 2017-ci ilin 11 ayında dünya bazarlarına 9 milyard 637 milyon dollar dəyərində xam neft ixrac edib.

APA İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının bu müddət ərzində ixrac etdiyi xam neftin həcmi 24 milyon 723 min ton olmuşdur. Ötən ilin analoji dövrü ilə müqayisədə həcm baxımından 5 milyon 624 min ton, maliyyə baxımından 3 milyard 741 milyon dollar artım olmuşdur. 

Azərbaycan Respublikası həmçinin bu ilin 11 ayında 1 milyard 156 milyon dollar dəyərində 6 milyard 894 milyon kubmetr qaz ixrac etmişdir. Ötən ilin analoji dövrü ilə müqayisədə 712 milyon 811 min kubmetr və ya 11% artım olmuşdur. 

Azərbaycan Respublikası hökumətinin son illərdə neft və qaz ixracatı və gəlirlərinin artmasına rəğmən, bu respublikanın siyasi şəxsiyyətləri və qurumlarının qənaətincə, bu ölkədə sərvətin paylanması qeyri-münasibdir və hökumət Azərbaycan Respublikasının inkişafı üçün layiqli addımlar atmayıb. 

Şərh yaz


Məxfi kod
Yenilə