Cümə axşamı, 14 Sentyabr 2017 10:41

Azərbaycan müdafiə naziir sionist rejim silahlı qüvvələri komandanlıq mərkəzinin başçıları ilə görüşüb

Azərbaycan müdafiə naziir sionist rejim silahlı qüvvələri komandanlıq mərkəzinin başçıları ilə görüşüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə müdafiə naziri Zakir Həsənovun işğal olunmuş Fələstində sionist rejim silahlı qüvvələrinin komandanlıq və idarə mərkəzinin başçıları ilə görüşdüyünü bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin internet portalının məlumatına görə, Zakir Həsənov bazar ertəsi günü işğal olunmuş Fələstinə rəsmi səfəri çərçivəsində "İsrail Silahlı Qüvvələri Komandanlıq və İdarə Mərkəzi" ilə yaxından tanış olub. 

Azərbaycan müdafiə naziri "İsrail Silahlı Qüvvələri Komandanlıq və İdarə Mərkəzi"nin strukturu və fəaliyyətləri haqqında məlumat alıb. 

Həmçinin Azərbaycan Ordusu nəşri son sayında Azərbaycan müdafiə nazirinin işğal olunmuş Fələstinə səfəri haqda məlumatları əlaqədar şəkillər, o cümlədən sionist rejimin müharibə naziri Aviqdor Libermanla görüşünün şəkilləri ilə birlikdə yayımlayıb. 

Daxili narazılıqlara baxmayaraq, Azərbaycan Respublikasının sionist rejimlə əlaqələri əsasən də hərbi və təhlükəsizlik sektorundakı münasibətləri son illərdə artmışdır. 

Şərh yaz


Məxfi kod
Yenilə