Çərşənbə, 16 Avqust 2017 20:23

Mövsüm Səmədovun Qobustana göndərilməsindən Ali Məhkəməyə şikayət edildi

Mövsüm Səmədovun Qobustana göndərilməsindən Ali Məhkəməyə şikayət edildi

Azərbaycan İslam Partiyasının lideri, siyasi məhbus Mövsüm Səmədovun yenidən üç il müddətinə qapalı həbsxana rejiminə köçürülməsi haqda məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Bu haqda “Azadliq.info”ya ilahiyyatçının vəkili Yalçın İmanov məlumat verib.

Qaradağ rayon Məhkəməsinin 14 iyun tarixli qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədovun təqdimatı əsasında cəzasının 3 ilini çəkmək üçün Qobustan həbsxanasına göndərilib.  Qərardan apellyasiya şikayəti verilsə də, nəticəsi olmayıb. Bakı Apellyasiya Məhkəməsi 17 iyul həmin qərarı qüvvədə saxlayıb.

Vəkil deyir ki, Ali Məhkəməyə kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarının ləğvini, cəzaçəkmə müəssisəsinin təqdimatının rədd edilməsinə dair qərarın qəbulunu xahiş edib.

Şərh yaz


Məxfi kod
Yenilə