Şənbə, 22 iyul 2017 09:55

Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib

Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü keçirilib

Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

APA-nın məlumatına görə,  V.Putin görüşün mövcud regional problemlərin həllinin axtarılmasına yardım edəcəyinə ümid etdiyini söyləyib.

 

"Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Moskva və Bakının gələcək üçün çoxlu birgə planları var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarının olmasına çox şadam", deyə Rusiya prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.

 

Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini söyləyib: "Biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var".

 

Azərbaycan prezidenti bildirib ki, regional, dünya siyasəti və əlbəttə ki, ikitərəfli münasibətlərə və regionunun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎