Bazar ertəsi, 19 June 2017 12:51

İŞİD-in mövqelərinin raket atəşinə tutulması Azərbaycan medialarında

İŞİD-in mövqelərinin raket atəşinə tutulması Azərbaycan medialarında

İŞİD terror qrupunun Suriyanın Diyrəlzur şəhərindəki komandanıq mərkəzi, eləcə də toplaşma və dəstək mərkəzlərinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah tərəfindən raket atəşlərinə tutulması Azərbaycan Respublikasının əksər xəbər agentlikləri və saytlarının birinci xəbəri olubdur.

IRIB-nin Bakı ofisinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin bu iftixarlı hərəkətinin ardınca Azərbaycan Respublikasının rəsmi AzərTac informasiya agentliyi, APA xəbər agentliyi və bu ölkədə tanınmış əksər xəbər saytları, o sıradan Report, Fakt-Xəbər, Trend, İnter.az, Dəyərlər, İslamın Səsi və digər xəbər saytları fərqli titrlər, eləcə də film və foto-şəkillərdən istifadə ilə bu xəbəri öz xəbərlərinin önündə yerləşdiriblər.

Bu mediaların əksəriyyətinin titrləri "İran İŞİD-in Suriyadakı qərargahını raket atəşinə tutdu"dur və İŞİD-in Tehrandakı terror hərəkətindən intiqamalma, İranın İŞİD-in Suriyanın Diyrəlzur şəhərindəki komandanıq mərkəzinə qarşı raket hücumunun başlıca səbəbi adlandırılıbdır. Bu mediaların xəbər mənbəyi əksərən Təsnim xəbər agentliyidir.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎