Bazar, 18 June 2017 17:56

Bakı sionist rejimlə birgə dövlət komissiyası yaradıb

Bakı sionist rejimlə birgə dövlət komissiyası yaradıb

Bakı sionist rejimlə birgə dövlət komissiyası yaradıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ölkənin təhsil naziri Mikayıl Cabbarovu həmin komissiyanın azəri həmsədri təyin edib.

IRIB-nin beynəlxalq xidmətinin AzərTac-a istinadlı məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İsrail rejimi ilə müştərək komissiyanın tərkibini də təsdiq edibdir.

Azərbaycan Respublikası tərəfindən bu komissiyanın üzvləri kimi xarici işlər, iqtisadiyyat, hərbi sənaye, energetika, ekologiya və təbii sərvətlər və səhiyyə nazirlərinin müavinləri, həmçinin dövlət gömrük komitəsi və diaspora məsələləri komitəsi sədrlərinin müavinləri, mərkəzi bankın baş müdirinin müavini, eləcə də Azərbaycan Respublikası Milli Elmlər Akademiyası prezidentinin müavini təyin olunubdur.

Azərbaycan Respublikası ilə rasist İsrail rejimi arasında müştərək dövlət komissiyanın təşkili elə bir haldadır ki, müsəlman Azərbaycan Respublikası xalqının əksər hissəsi bu həmkarlıqlarla müxalifdir və dəfələrlə Bakı hakimiyyətindən bu həmkarlıqlara son qoymasını tələb edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎