Bazar, 18 June 2017 16:35

Gürcüstanın arxiyepiskopu Bakıya etiraz etdi

Gürcüstanın arxiyepiskopu Bakıya etiraz etdi

Gürcüstanın arxiyepiskopu Azərbaycan Respublikasının ARB telekanalının gürcü məbədlərindən birində musiqi klipi çəkməsi və yayması ilə bağlı rəsmi Bakıya etiraz edib.

Virtual. az saytının məlumatına görə, Gürcüstan kilsələr birliyi öz rəsmi vebsaytında bir etiraz mətni yayaraq, Azərbaycan Respublikasının ARB telekanalı tərəfindən "Fernando şəhərdədir" adı altında əyləncə proqramının yayılmasına etiraz edib.

Bir qaradərilinin icra etdiyi bu verilişin bir hissəsi Azərbaycan Respublikasının Qax rayonunda yerləşən "Müqəddəs Georgi" kilsəsində istehsal olunub.

Bu verilişdə gənc bir müğənni bu kilsənin ibadət məkanından çıxaraq, Frans Şubertin "Müqəddəs Məryəm" mahnısını ifa edir.

Gürcüstan kilsələr birliyi vurğulayıbdır ki, bu proqram dindarların emosiyalarını təhqir edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎