Bazar, 18 June 2017 14:44

Azərbaycan R. məscidlərində üçüncü qədr gecəsi

Azərbaycan R. məscidlərində üçüncü qədr gecəsi

Azərbaycan Respublikası məscidləri fəzilətlə dolu qədr gecələrinin üçüncü və sonuncu gecəsində də bu bərəkətli gecədə oyaq qalanlara və ürəyiyananlara bir məkan olubdur.

IRIB ofisinin Bakının Təzə Pir məscidindən verdiyi məlumata görə, bu fəzilətlə dolu sonuncu qədr gecəsində Allah möminləri və ölməz vilayət məktəbinin davamçıları mənəviyyatla dolu bir atmosferdə bir araya gələrək, öz xaliqləri ilə razu-niyaz ediblər.

Bu ölkə məscidlərində gecə oyaq qalanlar dualar oxumaq, Qurani-Kərimi başları üzərinə qoymaq və Allah-Taalanın dərgahına əl uzatmaqla öz ürəklərini dünyəvi paxırlardan təmizləyiblər.

Natiqlər də bu gecədə üçüncü qədr gecəsinin önəmini qeyd edib, dünya müsəlmanları üçün dua oxuyublar.

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎