Bazar, 18 June 2017 10:25

Qazaxıstan, Azərbaycan R. və Gürcüstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Qazaxıstan, Azərbaycan R. və Gürcüstan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Xəzər dənizinin qərbinə şərq dəhlizinin bərpası haqqında memorandum Qazaxıstan, Azərbaycan R. və Gürcüstan tərəfindən Qazaxıstanın paytaxtı Astanada imzalanıb.

IRIB-nin məlumatına görə, bu memorandum Qazaxıstanda keçirilən Ekspo-2017 sərgisinin kənarında imzalanıb. Memorandumda məqsəd, Xəzər dənizi vasitəsilə Çin bazarlarından Avropa bazarlarına uzanan qovşaq xətlərinin bərpasıdır.

Beynəlxalq Ekspo-2017 sərgisi iyunun on birində Qazaxıstanın paytaxtı Astana şəhərində başlanıb və sentyabr ayınadək doxsan gün müddətinə davam edəcəkdir.

"Gələcəyin enerjisi" adı altında keçirilən beynəlxalq Ekspo-2017 sərgisində yüz əlli ölkə və iyirmi beynəlxalq təşkilat özünün enerji sahəsindəki son nailiyyətlərini sərgiləyibdir.

Şərh yaz


Məxfi kod
Yenilə