Şənbə, 17 June 2017 20:42

Ramazan ayının fəzilətlərindən faydalanmağa təkid

Ramazan ayının fəzilətlərindən faydalanmağa təkid

İnqilab Rəhbəri ofisi sədrinin beynəlxalq məsələlər üzrə müavini İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin işçiləri və onların ailə üzvləri qarşısında etdiyi çıxışında Ramazan ayının xüsusi ilə də 3-cü Qədr gecəsinin fəzilətlərindən istifadəyə təkid edib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Ayətullah Möhsün Qumi bu görüşdə İmam Əli(ə)-ın şəhadətinin ildönümü günü münasibəti ilə başsağlığı verib və deyib: Allah Talaya dua etmək ətirli yağış dənələri kimi günahları yuyub aparır və insanın qəlbi və ruhunu saflaşdırır.

O, varlıq dünyasının mürəkkəbliyinə işarə edərək, günahlardan təmizlənmək yolu ilə bəsirətə nail olmağın mümkün olduğunu deyib.

"İnsanların inkişafı və aliliyi yolunda moizənin rolu əvəzolunmazdır və məqamından asılı olmayaraq hər bir insan moizəyə ehtiyaclıdır. İnsanın qəlbi moizə ilə canlanır." - deyə Ayətullah Qumi deyib.

İnqilab Rəhbəri ofisinin beynəlxalq məsələlər üzrə sədr müavini həmçinin deyib: İran İslam Respublikası bütün sahələr üzrə inkişaf etmək və aliliyə doğru hərəkət etməkdədir. Və ölkə rəsmiləri və bütün xalqın səyləri ilə ölkə aydın gələcəyə malik olacaq.

Görüşün sonunda İmam Əli(ə)-ın şəhadətinin qəmində mərsiyə və növhələr oxuyaraq, əzadarlıq edilib.

Şərh yaz


Məxfi kod
Yenilə