Şənbə, 17 June 2017 12:53

Tələbələr rəhbərin ofisinin müavini ilə görüşüblər

Tələbələr rəhbərin ofisinin müavini ilə görüşüblər

Azərbaycanda təhsil alan iranlı tələbələrdən ibarət bir qrup islam inqilabının böyük rəhbərinin ofisinin beynəlxalq məsələlər üzrə müavini ilə görüşüb, üz-üzə durduqları problemlərdən danışıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə,  vəliyi fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höcətül-islam Əli Əkbər Ocaqnejadın da iştirak etdiyi bu görüşdə, islam inqilabının böyük rəhbərinin ofisinini beynəlxalq məsələlər üzrə müavini Ayətullah D-r Möhsün Qomi  tələbələri elm öyrənməkdə ardıcıl səylərə çağıraraq, islamda elm öyrənməyin əhəmiyyəti və dünyanın hazırkı durumunda onun əhəmiyyətini şərh edib. Ayətullah Qomi İranın müxtəlif elmi sahələrdəki inkişafına və islam inqilabının qələbəsindən sonra bu sahədə öncüllər sırasında durmasına diqqət çəkərək deyib: İslam elm öyrənməyə xüsusi dəyər  verir və islam inqilabının böyük rəhbəri də ölkədə elmin inkişafını daima dəstəkləyərək ölkəmizdə elmin inkişafında ən böyük dayaqdır.

Ayətullah qomi dünyada gedən ədalətsizliklərə, o cümlədən müsəlman torpaqların işğalına, müsəlmanların qırğın edilməsinə, Yəməndə hər 10 dəqiqədə bir uşağın aclıqdan ölməsinə diqqət çəkərək tələbələrin belə bir şəraitdə əsas prioritetinin təhsil sahəsində dayanmadan səy göstərmək olduğunu vurğulayıb. 

Ayətullah Möhsün Qomi Qüds gününün məzlumları müdafiə və islam günü olduğunu bildirərək deyib: Xoşa gəlməz hallara qarşı bir cəbhə formalaşmalı və zalımlarla qarşılaşmalıdır. 

O tələbəni özünə güvənməyə və öz problemlərinin həllinə səy göstərməyə çağırıb və onların bəzi problemlərinin həlli ilə maraqlanacağına söz verib. 

Ayətullah Qominin çıxışından öncə Azərbaycan Respublikasında təhslil alan tələbələrin islami cəmiyyətinin katibi Zəhir Mirzacani bu cəmiyyətin fəaliyyətləri və həyata keçirdiyi təşəbbüsləri barədə hesabat verərək Azərbaycan Respublikasında təhsil alan tələbələrin üz-üzə durduqları əsas problemin islami cəmiyyətin fəaliyyəti üçün binanın olmaması, Azərbaycan universitetlərinin diplomlarının İranın Səhiyyə və Müalicə Naizrliyi tərəfindən tanınmaması, eləcə də tələbələrin hərbi xidmət problemi olduğunu bildirib.

Azərbaycan Respublikası universitetlərinə 1100 nəfər iranlı tələbə müxtəlif fənlər o sıradan tibb elmləri üzrə təhsillə məşğuldur.  

Şərh yaz


Məxfi kod
Yenilə

Image result for ‫ماه محرم متحرک‬‎